Argentinalı futbolçunun həyat yoldaşı və 2 uşağı həlak oldu - Venesueladakı zəlzələdə

23:11 - 28 İyun 2026

Argentinalı futbolçu Lukas Trexonun ailəsi Venesuelada baş verən zəlzələ nəticəsində həyatlarını itiriblər.

Sportal.az xəbər verir ki, 74 saatlıq axtarışlardan sonra 38 yaşlı müdafiəçinin həyat yoldaşı və 2 uşağının meyitləri dağıntılar altından çıxarılıb. Hadisə baş verən vaxt Karakasdakı oyunda olan Trexo, qayıtdıqdan sonra evinin tamamilə yerlə-yeksan olduğuna şahid olub.

Qeyd edək ki, o, günlərdir ailəsinin tapılması üçün xilasedicilərə kömək edirdi.

Xəbər xətti