Milli DÇ-2026-da uğursuzluq yaşadı, federasiya rəhbəri istefa verdi

09:55 - 29 İyun 2026

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal milli komandanın DÇ-2026-da pley-offa vəsiqə qazana bilməməsindən sonra istefa verib.

Sportal.az xəbər verir ki, o, bu barədə özünün X sosial media səhifəsində yazıb.

Səudiyyə Ərəbistanı milli komandası Uruqvayla 1:1, Kabo-Verde ilə isə 0:0 hesablı heç-heçə edib, İspaniyaya 4:0 uduzaraq qrupda sonuncu yeri tutub.

Əl-Mişal ayrılığı haqda bunları yazıb: “Həmkarlarım və mən Səudiyyə futboluna xidmət etmək üçün hər cür səy göstərdik və ölkəmizin, azarkeşlərimizin arzularını yerinə yetirmək üçün səmimi qəlbdən çalışdıq. Lakin milli komandamızın Dünya Kubokunun növbəti mərhələsinə vəsiqə qazana bilməməsi ortaq ambisiyalarımıza uyğun olmayan bir nəticədir. Bunun üçün tam məsuliyyət daşıyıram və komandamızı daha ləyaqətli bir mövqedə görmək istəyən hər kəsdən üzr istəyirəm. Hazırkı müddətimi davam etdirməmək qərarına gəldim. Müəyyən edilmiş prosedur və qaydalara uyğun olaraq, yeni direktorlar şurasının seçilməsi üçün namizədliklərin açılması prosesinə başlayacağıq”.

Qeyd edək ki, Əl-Mişal 2019-cu ildən bəri federasiyaya rəhbərlik edirdi.
 

Xəbər xətti