Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama matçına çıxacaq.
Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Iğdır"la qarşılaşacaq.
Matça Bakı vaxtı ilə 18:00-da start veriləcək.
Qeyd edək ki, "Zirə" Türkiyə toplanışı çərçivəsində ilk yoxlama görüşündə Özbəkistanın "Navbahor" klubuna 1:3 uduzub.
saytlarin hazirlanmasi
