"Bunu bacarsaq, növbəti mərhələyə yüksələ bilərik" - Naqelsman

21:11 - 29 İyun 2026

Almaniya milli komandasının baş məşqçisi Yulian Naqelsman Paraqvaya qarşı keçiriləcək oyunla bağlı gözləntilərini bölüşərək.

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis rəqibin fiziki gücünü və özünəməxsus oyun tərzini qeyd edib:

​"Hesab edirəm ki, Paraqvay qrup mərhələsində özünəinamlı oynadı. Onlar qollar buraxsalar da, nələrə qadir olduqlarını göstərdilər. Paraqvay yığması fiziki cəhətdən çox güclü və çətin rəqibdir. Əsas xüsusiyyətləri yaxşı icra etdikləri müdafiə futboludur. Hücumda isə çox birbaşa oynayırlar. Vəziyyətlər yaradıb qol vurmağa çalışmalıyıq, qapı qarşısında dəqiq olmalı və topu itirməməliyik. Əgər bunu bacarsaq, düşünürəm ki, yaxşı oyun nümayiş etdirib növbəti mərhələyə yüksələ bilərik".

Qeyd edək ki, ​Almaniya - Paraqvay matçı dünya çempionatının 1/16 finalı çərçivəsində keçiriləcək. Oyun bu gecə Bakı vaxtı ilə saat 00:30-da başlayacaq.

Xəbər xətti