"Səbail" müdafiəçi transfer etdi

22:33 - 30 İyun 2026

Heyətini gücləndirməkdə davam edən “Səbail” növbəti transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, son olaraq Premyer Liqada “Karvan-Yevlax”da çıxış etmiş Vüsal Məsimovla 1+1 illik müqavilə imzalanıb.

Ötən mövsüm Premyer Liqada 17 oyuna çıxmış və 2 qol ötürməsi ilə yadda qalan 26 yaşlı cinah müdafiəçisi 2024/2025 mövsümündə “Səbail”də çıxış edib.

Xəbər xətti