Fransa yığması DÇ-2026-nın 1/16 final mərhələsində İsveçə 3:0 hesabı ilə qalib gələrək turnirin növbəti mərhələsinə vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, bu, "üçrənglilər"in baş məşqçisi Didye Deşam üçün dünya çempionatlarında əldə etdiyi 17-ci qələbə olub.
Beləliklə, 57 yaşlı mütəxəssis dünya çempionatlarında qazandığı qələbələrin sayına görə yeni rekord müəyyən edib. O, Almaniya millisinə rəhbərlik etmiş Helmut Şeni (16 qələbə) geridə qoyub.
Xatırladaq ki, Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edir.
Fransa növbəti matçını ötən gün Almaniyanı mübarizədən kənarlaşdıran Paraqvaya qarşı keçirəcək. Oyun iyulun 5-nə planlaşdırılıb.
saytlarin hazirlanmasi
