Portuqaliya millisinin üzvü "Fənərbaxça"ya keçə bilər

10:48 - 2 İyul 2026

"Fənərbaxça” heyətini Portuqaliya millisinin üzvü ilə gücləndirmək istəyir.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Əl-Nəsr”də çıxış edən Joao Feliklə yaxından maraqlanır.

26 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-a qədərdir.

O, “Benfika”, “Atletiko”(Madrid), “Çelsi”, “Barselona”, “Çelsi”, “Milan” formalarını geyinib. “Fənərbaxça” ən pis halda bu yay onu 1 mövsümlük icarəyə götürəcək.
 

Xəbər xətti