"Sabah" aparıcı üzvü ilə vidalaşdı, İtaliyada çıxış edəcək

17:59 - 16 İyul 2026

“Sabah” basketbol komandasında ayrılıq yaşanıb.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu aparıcı üzvü Hassani Qravett ilə vidalaşıb.

Onunla başa çatan müqavilənin müddəti uzadılmayıb. Qravett “Sabah”da keçirdiyi müddət ərzində iki dəfə müntəzəm çempionatın, bir dəfə isə final seriyasının ən dəyərli oyunçusu seçilib.

Amerikalı basketbolçu İtaliyanın yüksək liqa klubu "Kantu"da oynayacaq.

Xəbər xətti