Elliot Andersonu "Mançester Siti"yə satan "Nottingem Forest" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, "qırmızılar"ın əsas hədəfi "Tottenhem"də çıxış edən Lukas Berqvaldır. Bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
İlk təklifi rədd edilən "Nottingem Forest" isveçli futbolçu üçün klubuna növbəti dəfə müraciət edəcək. Onlar bu dəfə 53 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Tottenhem" Lukas Berqvalı 2024-cü ilin yayında "Yurqorden"dən 20 milyon avroya transfer edib. 20 yaşlı yarımmüdafiəçi 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
