Asim Xudiyevə UEFA-dan təyinat

11:33 - 18 İyul 2026

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 22-də keçiriləcək “Jelezniçar” (Pançevo, Serbiya) - “Braqa” (Portuqaliya) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma Pançevo şəhərində yerləşən “Mladost” stadionunda baş tutacaq.

Xəbər xətti