Qarnaço karyerasını İtaliyada davam etdirmək istəyir

00:08 - 19 İyul 2026

Aleksandro Garnaço karyerasını İtaliyada davam etdirməyə hazırdır.

Sportal.az xəbər verir ki, "Roma" "Çelsi"nin cinah oyunçusunu 5 milyon avro qarşılığında icarəyə götürmək və müqaviləyə 35 milyon avroluq satınalma hüququ əlavə etmək istəyir.

İnsayder Fabritsio Romanonun məlumatına əsasən, 22 yaşlı futbolçu da məhz “Roma”ya keçməyə üstünlük verir.

Bununla belə, transferin baş tutması klublar arasındakı danışıqların nəticəsindən asılı olacaq. “Çelsi” Qarnaçonu ya birdəfəlik satmaq, ya da məcburi satınalma şərti ilə icarəyə vermək istəyir.

Xəbər xətti