"İmişli"də latviyalı məşqçi

16:21 - 21 İyul 2026

"İmişli" məşqçilər korpusunu yeni təyinatla gücləndirib.

Sportal.az xəbər verir ki, latviyalı mütəxəssis Ervins Perkons komandanın köməkçi məşqçisi təyin olunub.

UEFA Pro lisenziyasına malik olan 35 yaşlı məşqçi 15 ildən artıq peşəkar məşqçilik təcrübəsinə sahibdir. O, Latviyanın "Jelgava" və "Super Nova" klublarında baş məşqçi kimi fəaliyyət göstərib, komandaları iki dəfə ölkənin yüksək liqasına yüksəldərək 2022 və 2024-cü illərdə Latviyanın I Liqasının çempionluğuna daşıyıb.

Ervins Perkons peşəkar fəaliyyəti ərzində Polşa, Norveç və Avstriyanın tanınmış klublarında təcrübə proqramlarında iştirak edib.

Xəbər xətti