Çeferin FIFA prezidentliyinə namizəd olacaq?

16:10 - 24 Avqust 2026

UEFA prezidenti Aleksander Çeferin 2027-ci ildə FIFA prezidenti seçkilərində öz namizədliyini irəli sürmək niyyətində deyil.

​Sportal.az xəbər verir ki, sloveniyalı funksioner qurumun hazırkı rəhbəri Canni İnfantino ilə rəqabət aparmağı planlaşdırmır. Çeferinin sözlərinə görə, o, UEFA-dakı işindən tamamilə razıdır.

FIFA-da prezidentin seçkiləri 2027-ci ilin mart ayında Mərakeşdə keçiriləcək. İnfantinonun təşkilata rəhbərlik etməyə davam etmək üçün mübarizə aparacağı gözlənilir.

​Çeferin 2016-cı ilin sentyabrından UEFA-ya rəhbərlik edir. O, bu vəzifəyə iki dəfə yenidən seçilib, həmçinin FIFA-nın vitse-prezidenti vəzifəsini tutur.

Xəbər xətti