İtaliya millisinin hücumçusu bu kluba keçir - 45 milyon avroluq transfer

16:55 - 24 Avqust 2026

"Fiorentina"dan hücumçusu Moyze Kin A Seriyasında klubunu dəyişməyə yaxındır.

Sportal.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

"Komo" italiyalı forvardın keçidini yekunlaşdırmaq üzrədir. 26 yaşlı futbolçunun transferi 40+5 milyon avroya başa gələcək.

Qeyd edək ki, Moyze Kin2024-cü ilin yayından "Fiorentina"da çıxış edir. İtaliya millisinin üzvü Florensiya təmsilçisinin heyətində meydana çıxdığı 78 rəsmi matçda 35 qol və 7məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti