İngiltərənin "Nyukasl" klubu heyətini yeni oyunçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Mançester Siti"də çıxış edən Niko Qonsalesin keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə "TealTalk" məlumat yayıb.
Artıq klublar arasında şifahi razılıq əldə olunduğu bildirilir. 24 yaşlı dayaq yarımmüdafiəçisinin "Nyukasl"a keçidi təxminən 60 milyon avroya başa gələcək.
Qeyd edək ki, "Mançester Siti" Niko Qonsalesi 2025-ci ilin fevralında "Portu"dan 60 milyon avroya transfer edib. İspaniya U-21 millisinin üzvü 2025/26 mövsümündə "şəhərlilər"in heyətində meydana çıxdığı 41 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
