"Çelsi" müdafiəçisini La Liqa klubuna icarəyə verəcək

00:07 - 25 Avqust 2026

"Çelsi"nin müdafiəçisi Mamadou Sarr "Real Sosyedad"a keçəcək.

Sportal.az "Foot Mercato"ya istinadən xəbər verir ki, klublar 20 yaşlı futbolçunun satınalma opsiyası olmadan icarəyə verilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, Sarr ötən mövsümün ilk yarısını “Strasburq”da icarə əsasında keçirib, daha sonra London klubuna qayıdıb.

Xəbər xətti