"Qarabağ"la matçdan əvvəl "Tvente"də yeni müqavilə

00:43 - 25 Avqust 2026

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Tvente"də yeni müqavilə imzalanıb.

Sportal.az xəbər verir ki, "Tvente" 22 yaşlı futbolçusu Sondre Eryaseterlə müqavilənin müddətini 2030-cu ilədək uzadıb.

Xatırladaq ki, Niderlandda baş tutan ilk görüşdə "Qarabağ" rəqibini 1:0 hesabı ilə məğlub edib. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Xəbər xətti