Ukrayna klubunun baş məşqçisi Dadaşvo haqda: "Nə etdiyini başa düşən futbolçudur"

16:22 - 6 Oktyabr 2026

Ukraynanın “Bukovina” klubunun baş məşqçisi Sergey Şişenko Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovu transfer etmək qərarından danışıb.

Sportal.az “RBK-Ukrayna” nəşrinə istinadən xəbər verir ki, Çernovçı təmsilçisinin çalışdırıcısının sözlərinə görə, komanda transfer pəncərəsi zamanı hücum mövqeyi üçün Danilo Kravçuku nəzərdən keçirib. Bukovina sonradan Azərbaycan millisində, eləcə də Almaniya və Türkiyə çempionatlarında oynamaq təcrübəsi olan Dadaşovu seçib:

“Renat əsl hücumçu, əsl doqquz nömrəli, yaxşı oyun səviyyəsinə və nə etdiyini başa düşən futbolçudur. O, oyunlarımızı izləyib və necə oynadığımızı müşahidə edib. İlk məşqlərdən aydın olurdu ki, Renat futbol meydançasında nə etmək lazım olduğunu başa düşürdü”.
 

Xəbər xətti