Mingəçevirdə azarkeşlərlə oyunçular arasında qalmaqal - fanatlar narazılıq etdi, futbolçular "aylardı maaş almırıq" dedi

14:16 - 16 Oktyabr 2026

I Liqada mübarizə aparan "Mingəçevir"in evdə "Şimal"a 1:4 hesabıyla məğlub olması azarkeşlərin narazılığına səbəb olub.

Sportal.az xəbər verir ki, oyun bitəndən sonra azarkeşlərlə futbolçular arasında qalmaqal yaşanıb. Fanatlar oyunçuları zəif oynamağına görə qınayıb, futbolçular aylardı maaş almadıqlarını deyiblər. Futbolçulardan biri üzünü azarkeşlərə tutaraq, belə tələbkardılarsa rəhbərlikdən hesab sormalarını, nə üçün maaşların verilmədiyinin cavabını almasını istəyib. 

Qeyd edək ki, 5 oyunda 4 məğlubiyyətlə üzləşən "Mingəçevir" 1 xalla 9-cu pillədə yer alıb. 

Xəbər xətti