"Kəpəz"in legioneri Qazaxıstanla oyuna dəvət edildi

14:33 - 5 Noyabr 2026

"Kəpəz"in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət alıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Viktor Stina UEFA Millətlər Liqasının oyunlarında iştirak etmək üçün 9-17 noyabr aralığında yığmanın düşərgəsində olacaq.

Moldova yığması noyabrın 13-də doğma publika önündə Qazaxıstanı qəbul edəcək. Bundan 3 gün sonra isə səfərdə Farer adalarına qarşı oyun keçiriləcək.

UEFA Millətlər Liqasının "C" divizionunda mübarizə aparan Moldova milli komandası hazırda 4 xalla qrupda 3-cü yerdə qərarlaşıb. 

Qeyd edək ki, Viktor Stina yığmada keçirdiyi 34 oyunda 4 qol vurub.

Xəbər xətti