Millimiz Çexiya ilə heç-heçə etdi

18:22 - 5 Noyabr 2026

Futzal üzrə DÇ-2028-im əsas mərhələsinin 12-ci qrupunda Azərbaycan millisi ilk ev oyununu keçirib.

Sportal.az xəbər verir ki, komandamız təxminən 15 gün əvvəl məğlub olduğu Çexiya yığmasını qəbul edib.

Fasiləyə hesabda üstün yollanan futzalçılarımız ikinci hissədə qapısından ardıcıl 2 top buraxıb. Amma mübarizədən qopmayan millimiz qrupun favoritində bir xal almağı bacarıb.

2:2 hesabı ilə başa çatan qarşılaşmada komandamızın heyətində Kənan Manafov və Ülvi Əliyev fərqləniblər.

Xəbər xətti