"Traktor" "Fənərbaxça"dan ayrılan baş məşqçi ilə danışıqlara başladı

21:18 - 5 Noyabr 2026

Türkiyəli məşqçi İsmail Kartal yenidən İranda çalışa bilər.

Sportal.az xəbər verir ki, bu barədə "Ajansspor" məlumat yayıb.

"Traktor" 65 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Təbriz təmsilçisi artıq təcrübəli çalışdırıcı ilə danışıqlara başlayıb.

Qeyd edək ki, İsmail Kartal 27 oktyabr tarixində "Fənərbaxça"dan ayrılıb. O, daha əvvəl İranda "Persepolis"ə rəhbərlik edib.

Xəbər xətti