Nigeriya da DÇ-2014-ə vəsiqə qazandı
Gələn il Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq yolunda son mərhələ olan pley-off oyunları davam edir.
Sportal.az xəbər verir ki, Afrika zonasında daha bir oyun keçirilib.Səfərdə Efiopiyanı 2:1 hesabı ilə məğlub edən Nigeriya yığması bu dəfə rəqibi ilə doğma azarkeşləri önündə qarşılaşıb. Oyun Nigeriyanın 2-0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, "Fənərbaxça"nın hücumçusu Emenike Nigeriya formasını geyinirdi.
Bu axşam öz meydanda Seneqala 3:1 hesabı ilə qalib gələn Fil Dişi Sahili millisi səfərdə bu üstünlüyünü qorumağa çalışacaq.
Qeyd edək ki, Afrika zonasında qalan 3 cütün taleyinə isə 17-19 noyabr aralığında aydınlıq gələcək.
16 noyabr
Pley-off oyunları
19:00.Nigeriya - Efiopiya (İlk oyun - 2:1) 2:0
Qollar:Moses, 20-pen (1:0), Nsofor 82 (2:0)
saytlarin hazirlanmasi