"Qapıçılar ölkə futbolunun səviyyəsinə görə yaxşı təsir bağışladı"

00:29 - 12 Fevral 2014

"Bakı" klubundə məşqçilərə məşq keçdilər
 
AFFA tərəfindən klublarda çalışan qapıçı məşqçiləri üçün təkmilləşdirmə kursunun “Bakı” Futbol Klubuna aid hissəsinə yekun vurulub.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, üç gün müddətində (9-11 fevral aralığında) AFFA-nın qapıçılar üzrə məşqçi-təlimatçısı Viktor Migel Fernandes “Bakı”nın müxtəlif yaş qruplarından dəvət olunan 17 qapıçı və 5 qapıçılar üzrə məşqçisinə məşqlər keçib.
 
Təlimlərin sonuncu günü məşqdən öncə “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov, əlaqələndirici Murat Yoldaş və məşqçi Məqsəd Yaqubəliyev AFFA-dan olan nümayəndələrlə görüşüb. Onlara asossiasiya ilə klubun qarşılıqlı əməkdaşlığından, bu işbirliyinin futbolumuzun inkişafı üçün faydasından danışılıb. Məlumat verilib ki, müxtəlif yaş qrupları üzrə millilərə ən çox oyunçu verən klublardan biri də məhz “Bakı”dı. Sonra qonaqlara klubun atributlarından ibarət hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib. Ardından Fernandes “Bakı”nın U-17 komandasının məşqinə yollanıb. Sözügedən hazırlıq klubdan olan məşqçilərin də iştirakı ilə bir saat davam edib.
 
Sonda kursun yekunları ilə bağlı Fernandes fikirlərini açıqlayıb: “Bakı“ya gəldiyimiz andan bizi çox isti qarşıladılar. Hər cür şərait yaradıldı ki, məşqlərimiz uğurla keçsin. Buna görə klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Üç gün müddətində klubunuzdakı qapıçılarla tanış olub, onlara təlimlər keçdik. Onlar özlərini bu təlimlərdə çox fəal göstərdilər. Qapıçılar ölkə futbolunun səviyyəsinə görə yaxşı təsir bağışladı".

Xəbər xətti