"Xəzər Lənkəran"da "Qəbələ" ilə matçöncəsi ciddi itkilər

22:46 - 12 Fevral 2014

Üç oyunçu səfərə aparılmayıb
 
Premyer Liqanın XXI turunda səfərdə “Qəbələ” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” bu gün Qəbələyə yola düşüb.
 
Sportal.az xəbər verir ki, matç gününə qədər Qəbələdə hazırlıq keçəcək komandada Adrian Pit, Rasim Ramaldanov zədə səbəbindən, Ağabala Ramazanov isə cəzalı olduğundan səfərə aparılmayıb. 
 
Qeyd edək ki, “Qəbələ” - “Xəzər Lənkəran” görüşü şənbə günü baş tutacaq.

Xəbər xətti