Komanda oyun saatını gözləyir
Azərbaycan Premyer Liqasının XXIII turunda sabah "Qəbələ” ilə səfərdə qarşılaşacaq "Rəvan” dünən oyunöncəsi son məşqini keçib.
Sportal.az xəbər verir ki, Qəbələ şəhər stadionunun təbii örtüklü meydançasında baş tutan hazırlıq saat 16:00-da başlayıb və təxminən 1 saat davam edib.
Baş məşqçi Güvənc Kurtar yetirmələrini çox yükləməyərək onları yüngül təmrinlərlə hazırlaşdırıb. İsinmə hərəkətlərindən sonra topla müxtəlif təmrinlər həyata keçirən futbolçular taktiki-texniki hazırlığın son mərhələsini də geridə qoyub.
Qeyd edək ki, "Qəbələ” - "Rəvan” qarşılaşması bu gün saat 13:00-da başlayacaq və Qəbələ şəhər stadionunun təbii ötrüklü meydançasında keçiriləcək görüş "İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.
saytlarin hazirlanmasi