"Xəzər Lənkəran"dan "Araz Naxçıvan"a ləvəngi surprizi

01:00 - 19 Mart 2014

Cənub klubundan alqışa layiq hərəkət
 
Məlum olduğu kimi, ölkə kubokunun 1/4 final mərhələsində "Araz Naxçıvan" sabah "Xəzər Lənkəran"la cavab qarşılaşmasında üz-üzə gələcək. Muxtar Respublikanın komandası artıq Lənkəranda matç saatını gözləyir. 
 
Sportal.az xəbər verir ki, Naxçıvan komandasına lənkəranlı həmkarları tərəfindən xoş sürpriz edilib. Belə ki, "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu və Lənkəran Şəhər Stadionunun direktoru Höccət Hacıyev "Araz Naxçıvan" kollektivinin məskunlaşdığı otelə gedib, onları Lənkərana məxsus ləvəngi süfrəsinə qonaq ediblər. Cənub klubunun təmsilçiləri ilaxır çərşənbə münasibətilə naxçıvanlıları təbrik edib, onlara eyni zamanda Novruz təamları aparıblar.
 
Xatırladaq ki, "Araz Naxçıvan" - "Xəzər Lənkəran" oyunu 1-1 hesabı ilə yekunlaşmışdı.

Xəbər xətti