AZAL-da üç məşqçi
AZAL PFK-nın məşqçilər korpusunda dəyişiklik edilib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandaya yenicə baş məşqçi təyin olunan Tərlan Əhmədovun daha bir köməkçisinin adı məlum olub.
Rauf Salamov və Tofiq Mustafayevdən sonra Əhmədova Vadar Nuriyev də yardım edəcək. Nuriyevlə artıq müqavilə bağlanıb və o növbəti oyundan etibarən fəaliyyətə başlayacaq.
saytlarin hazirlanmasi