"Rəhbərlik bütün transferləri mənə həvalə edib"

19:04 - 23 Mart 2014

Tərlan Əhmədov: "Qarşımızda duran məqsəd yerli gənc futbolçuları komandaya cəlb etmək və komandanın oyununu yaxşılaşdırmaqdır"

 

"İlk hissənin 20-ci dəqiqəsinə kimi qol imkanlarımız oldu. Amma bundan sonra komanda zəif təsir bağışladı".

 

Sportal.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. Əhmədov komandanın yaxşılaşdırmaq üçün işlərin görüləcəyini vurğuylayıb:

 

"AZAL-ın sükanı arxasında ilk oyunumdur. Qarşımızda duran məqsəd yerli gənc futbolçuları komandaya cəlb etmək və komandanın oyununu yaxşılaşdırmaqdır. Rəhbərlik bütün transferləri mənə həvalə edib. Gələn mövsümə ideal bir komanda qurmaq üçün əlimizdən gələni edəcəyik."

Xəbər xətti