Dənizli: "Hesab arasındakı fərq daha çox ola bilərdi"

21:28 - 5 Aprel 2014

"Ondan sonra kubok oyununa hazırlaşacağıq"
 
Bu gün 29-cu turun oyunları çərçivəsində "Xəzər Lənkəran" "Qəbələ"ni minimal fərqlə məğlub edib 1:0
 
Sportal.az xəbər verir ki, Dənizli oyundan sonra bu fikirləri dilə gətirib:
 
“Çətin oyun idi. “Qəbələ” güclü rəqibdir, kubokda da qarşılaşacağıq. Bizim üçün kubok oyunu da çətin olacaq. “Qəbələ” hesabı bərabərləşdirmək üçün son dəqiqələrdə irəli atıldı. Hesab arasındakı fərq daha çox ola bilərdi. Qarşıda “Bakı” ilə oyunumuz var. Ondan sonra kubok oyununa hazırlaşacağıq”.

Xəbər xətti