Azərbaycan komandası İngiltərə çempionu oldu

00:33 - 2 İyun 2014

"Baku United"dən ardıcıl ikinci çempionluq
 
İngiltərədə fəaliyyət göstərən, "Odlar Yurdu" təşkilatının yaratdığı "Baku Yunayted" futzal klubu çempion olub.
 
Sportal.az xəbər verir ki, dünən final matçında "Lofboro" klubunu 5:1 hesabıyla darmadağın edən təmsilçimiz ardıcıl ikinci dəfədir ki, İngiltərə çempionu olur.

Qeyd edək ki, "Baku Yunayted" mövsüm ərzində yalnız bir oyunda heç-heçə edib, digər oyunların hamısında qalib olub.

Xəbər xətti