Verilişin növbəti buraxılışı
Azərbaycan teleməkanın populyar futbol verilişi "TOP TOP" növbəti buraxılışı ilə tamaşaçıların görüşünə gəlib
Sportal.az xəbər verir ki, "TOP TOP"un bu sayı da Azərbaycan futbolunda baş verən ən maraqlı hadisələrə həsr olunub.
Proqramın bu dəfəki qonaqları milli komandanın keçmiş baş məşqçisi Şahin Diniyev, "İmarət" Fan klubu İdarə Heyətinin üzvü Qabil Hüseyn və extratime.az saytının ba. redaktoru Rüstəm Piriyev olub. Aparıcı Elçin Cəfərovun təqdimatında canlı yayımlanan "TOP TOP"da Azərbaycan futbolunun hazırki durumu müzakirə edilib, Premyer Liqada baş verən ən maraqlı hadisələrə toxunulub. Bir sözlə teleməkanın maraqlı futbol proqramını izləməyə dəyər. "TOP TOP"un videoyazısını təqdim edirik:
saytlarin hazirlanmasi