Çimərlik futbolçularımız yoldaşlıq görüşü keçirib
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, Rusiya yığması ilə qarşılaşan millimiz 3:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, futbolçularımızdan Sabir Allahquliyev dubl edib. Bir dəfə isə Ramil Əliyev fərqlənib.
saytlarin hazirlanmasi