İstefa qəbul edildi
Premyer Liqanın son turunda doğma arenada "Qəbələ"yə məğlub olan "Araz Naxçıvan"da daha bir istefa baş tutub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyundan sonra istefa verdiyini bildirən icraçı direktor Orxan Cabbarovun ərizəsinə baxılıb.
Bu gün rəhbərlik tərəfindən ərizəyə cavab verilib və Orxan Cabbarovun istefa ərizəsi qəbul edilib.
saytlarin hazirlanmasi