İnzibati binada görüş
Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Qrupu ilə Azərbaycan Premyer Liqası və birinci divizion klublarının nümayəndələri arasında görüş keçirilib.
Sportal.az xəbər verir ki, görüşdə Lisenziyalaşdırma Qrupu lisenziyalaşdırma üzrə son mövsümlər qeydə alınmış statistik məlumatlar, qaydalarda baş vermiş dəyişiklər barədə məlumat verib.
2015/2016-cı il lisenziyalaşdırma mövsümü ərzində keçiriləcək seminar və görüşlər haqda informasiya tədbir iştirakçılarının diqqətinə çatdırılıb.