Komanda inamlı qələbə qazanıb
Təbrizin "Traktor Sazi" klubu bu gün İran çempionatında növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, Təbriz təmsilçisi 13-cü turda səfərdə "Qostareş"in qonağı olub. Qarşılaşma qonaq komandanın qələbəsi ilə başa çatıb - 3:1. Klub bu oyunda qazandığı qələbə ilə liderliyini qoruyub.
Qeyd edək ki, "Traktor Sazi" klubu 27 xalla turnir cədvəlinə başçılıq edir.
31 oktyabr
17:20. "Qostareş" - "Traktor Sazi" 1:3
saytlarin hazirlanmasi