"Xəzər Lənkəran" "Simurq"la matça ciddi itkilərlə çıxacaq

12:15 - 1 Noyabr 2014

11-ci tura hazırlıq

 

Premyer Liqanın 10-cu turunda “Sumqayıt” üzərində səfər qələbəsindən sonra “Xəzər Lənkəran” doğma şəhərə qayıdıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda dünən Lənkərandakı bazasında axşam məşqinə çıxaraq Zaqatalanın “Simurq” klubu ilə görüşün hazırlığına start verib.

 

Hazırda Cahangir Həsənzadə, Ağabala Ramazanov və Uğur Pamuk zədə səbəbindən hazırlıqda iştirak etmirlər və qarşıdakı matçda komandaya kömək edə bilməyəcəklər. “Xəzər Lənkəran” bu gün saat 16.00-da oyun öncəsi son məşqinə çıxaraq hazırlığını tamamlayacaq.

Xatırladaq ki, XI tur çərçivəsində keçiriləcək “Xəzər Lənkəran”- “Simurq” görüşü saat 17.00-da başlayacaq.

Xəbər xətti