Komanda növbəti sınaq qarşısında
Ukrayna Premyer Liqasında 11-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Denpr” də növbəti matçına çıxacaq.
Dneprpetrovski təmsilçisi doğma meydanda “Dinamo Kiyev” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Qeyd edək ki, “Dnepr” 25 xalla turnir cədvəlinə başçılıq edir. “Dinamo” isə 23 xalla ikinci pillədə qərarlaşıb.