Futbolçular 2 günlük sərbəst buraxıldı
Premyer Liqanın 11-ci turunda “Simurq”u evdə 2:1 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” sərbəst buraxılıb.
Sportal.az 12cioyuncu.info saytının məlumatına istinadən xəbər verir ki, görə komanda oyundan dərhal sonra Lənkəranı tərk edərək Bakıya yollanıb. Həmin məlumata görə sərbəst buraxılan futbolçularımız iki gün istirahət edəcəklər.
Noyabrın 5-də paytaxtda toplanacaq komanda AVRO-2016 seçmə oyunları çərçivəsində keçiriləcək millinin oyunu ilə əlaqədar Premyer Liqada 20-noyabr tarixinəqədər yaranacaq fasilə müddətində Bakıda hazırlaşacaq.