Adriano yenidən Avropa futbolunda

17:40 - 3 Noyabr 2014

Hücumçu futbola qayıdır

 

Braziliya millisinin və "İnter"in sabiq futbolçusu Adriano futbol karyerasına yenidən başlayır.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu Fransada çıxış edə bilər.
 
Fransa 2-ci liqasında çıxış edən "Havr" klubunun tezliklə Adriano ilə müqavilə imzalayacağı gözlənilir. 32 yaşlı hücumçu həmçinin "Havr"ın "Arl-Avinion"la oynadığı qarşılaşmanı klub prezidenti ilə birlikdə stadiondan izləyib.
 
Vaxtilə “İnter” və “Roma”da forma geyən Adrianonun son klubu ölkəsində "Atletiko Paranaense" olmuşdu.

Xəbər xətti