Təcrübəli baş məşqçi karyerasını başa vurur
Əfsanəvi italyan Marçello Lippi mövsümün sonunda məşqçi karyerasını başa vuracağını bildirib.
Sportal.az xəbər verir ki, hazırda Çinin "Quançjau" klubunu çalışdıran təcrübəli mütəxəssis yaşının çox olması səbəbindən bu qərarı verdiyini açıqlayıb.
Qeyd edək ki, 66 yaşlı M.Lippi 2006-ci ildə baş məşqçilik etdiyi İtaliya millisi ilə dünya çempionu olub. O, "Yuventus"da işlədiyi dönəmdə isə Turin təmsilçisini 5 dəfə ölkə çempionu, bir dəfə isə Çempionlar Liqasının qalibi edib.