"İstədiyimiz nəticələri əldə edə bilmirik"
Avropa Liqasının qrup mərhələsinin IV turunda sabah "Qarabağ"ın qonağı olacaq "Dnepr" klubunun yarımmüdafiəçisi Yevgeni Şaxov bu gün baş tutan mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçu öz açıqlamasında "Qarabağ"la oyuna ciddi hazırlaşdıqlarını qeyd edib:
"Son oyunlarımız demək olar ki alınmır. İstədiyimiz nəticələri əldə edə bilmirik. Avrokuboklara ciddi yanaşmadığımız fikri ilə razı deyiləm. “Dinamo”ya qarşı olan məğlubiyyəti unutmuşuq və bu bizə mənfi təsir etməyib. “Qarabağ”la oyuna yaxşı hazırlaşmışıq".