Seminara UEFA nümayəndəsi rəhbərlik edəcək
Noyabrın 18-də, saat 10:00-da lisenziyalaşdırma prosesi çərçivəsində AFFA-nın təşkilatçılığı ilə azarkeşlərlə əlaqələndirici şəxslər üçün seminar təşkil olunacaq.
Sportal.az xəbər verir ki, “Bakcell Arena”da keçiriləcək seminara UEFA nümayəndəsi Stuart Dykes və Gürcüstan Futbol Federasiyasının nümayəndəsi Bakar Jordania rəhbərlik edəcək.
Seminarda AFFA nümayəndələrinin, klubların azarkeşlərlə əlaqələndirici şəxslərinin, təhlükəsizlik xidməti rəisləri və Fan Klub nümayəndələrinin iştirakı nəzərdə tutulub.