Raul Rusesku isə görmə qabiliyyətini itirib
“Tırqu-Mureş” klubunun yarımmüdafiəçisi Qabriel Mureşan rəqibini bilərəkdən vurduğuna görə 16 oyunluq cəzalandırırlıb.
Sportal.az xəbər verir ki, futbolçu Rumıniya çempionatının ötən turunda “Styaua”nın forvardı Raul Ruseskuya dirsəyiylə sifətinə vurub. Həmin zərbədən sonra huşunu itirən hücumçu xəstəxanalardan birinə çatdırılıb. Müayinə zamanı futbolçunun sifətində sınıqlar aşkar olunub. Həkimlər ciddi xəsarət alan futbolçunun görmə qabiliyyətinin itirdiyini də müəyyən ediblər. Rumıniya Futbol Federasiyasının İntizam komitəsi məsələyə baxaraq Meraşana 16 oyunluq cəzalandırmaqla yanaşı 7100 dollar cərimələyib.
saytlarin hazirlanmasi