"Qarabağ" - "Dnepr" oyunu Rusiya telekanalında

17:03 - 6 Noyabr 2014

Komandamızın oyunu "NTV Sport Soyuz"da

 

Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda bu gün keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu Azərbaycan və Ukrayna telekanalları ilə yanaşı, Rusiya TV-sində də azarkeşlərə təqdim olunacaq.

Sportal.az xəbər verir ki, komandamızın oyunu "NTV Sport Soyuz" telekanalı vasitəsi ilə yayımlanacaq. Artıq bu matç telekanalın proqramına daxil edilib

Qeyd edək ki, "Qarabağ" - "Dnepr" qarşılaşması bu gün, saat 21:00-da başlayacaq.

 

Xəbər xətti