"Qarabağ"dan futbolçu transfer etməyə pulumuz çatmaz"

22:40 - 14 Yanvar 2015

Baş məşqçidən açıqlama

 

"Neftçin"in heyətində oyununu bəyəndiyim bir neçə futbolçu var. Bunlardan biri də Samir Mənsimovdur".

Sportal.az xəbər verir ki, bu sözləri "Rəvan"ın sabiq məşqçisi və hazırda "Adanaspor"u çalışdıran Güvənc Kurtar açıqlamasında deyib.

O bildirib ki, çox güclü futbolçular almağa imkanları yoxdur:

"Azad agent statusu daşıyan oyunçuları transfer etmək istəyirik. Ancaq "Qarabağ"dan futbolçu almağa pulumuz çatmaz. İlkin Qırtımov, Abdulla Abatsıyev də bəyəndiyim oyunçulardandır. Bu futbolçulardan bəzilərini transfer edə bilərik".

 

Mənbə:qol.az

Xəbər xətti