"Eskişehirspor"la "Qarabağ" yenə anlaşa bilmədi

14:05 - 16 Yanvar 2015

Muarem Muaremin transferi reallaşmır

 

"Eskişehirspor"la "Qarabağ" arasında Muarem Muaremin transferi ilə bağlı danışıqlar davam edir.
 

Sportal.az Fanat.az-a istinadən xəbər verir ki, Türkiyə superliqa təmsilçisinin prezidenti Mesut Hoscan bu gün "Qarabağ"ın düşərgəsinə gedib.

O, Ağdam klubunun qaldığı oteldə "Qarabağ"ın direktoru Əmrah Çəlikəl və baş meneceri Asif Əsgərovla görüşüb. Klub rəsmiləri makedoniyalı futbolçunun transferini müzakirə ediblər. Lakin danışıqlarda yenə razılıq əldə olunmayıb. Tərəflər arasında daha bir görüşün keçiriləcəyi gözlənilir.

 

Xəbər xətti