Hücumçu komandanı tərk etsə...
"Napoli"nin argentinalı hücumçusu Qonzalo İquain qış transfer pəncərəsində komandanı tərk edə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, İquainin komandanı tərk edəcəyini gözə alan "Napoli" onu əvəzləyəcək hücumçu kimi "Porto"nun futbolçusu Cekson Martinesi görür.
Qeyd edək ki, 28 yaşlı Martines bu mövsüm çıxdığı 13 matçda 16 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi