Yarımmüdafiəçi London təmsilçisində
"Arsenal" Polşanın "Legiya" klubunda çıxış edən Kristian Beliki transfer edib.
Sportal.az xəbər verir ki, bu məlumatı komandanın baş məşqçisi Arsen Venger keçirdiyi məybuat konfransında söyləyib.
Təcrübəli mütəxəssis 17 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti barədə məlumat verməyib.
Qeyd edək ki, "Arsenal" bu transferə görə Polşa klubuna 3 milyon avro ödəyəcək.