Şota Arveladze: "Azərbaycan futbolunu Kaxaberə görə izləyirəm"

18:50 - 17 Yanvar 2015

"İnter"də hər il gənc oyunçular görmək olur"

 

"İlk öncə  Kaxaber Sxadadzeni Gürcüstan millisinin baş məşqçisi təyin edildiyi üçün təbrik edirəm. Sxadadzenin millini çalışdırmasına razılıq verdiyinə görə "İnter"in prezidentinə təşəkkür düşür. Çünki çoxu bu cür addımı atmazdı. Gürcüstan millisinə Sxadadzenin baş məşqçi təyin edilməsi çox önəmli qərar oldu".

Sportal.az xəbər verir ki, bu sözləri "Kasımpaşa"nın baş məşqçisi Şota Arveladze Bakı "İnter"i ilə yoxlama matçı öncəsi deyib.

O, həmyerlisi olan "İnter"in baş məşqçisi Sxadadze haqda müsbət fikirlər səsləndirib:

"Onun Azərbaycanda çox yaxşı işlər gördüyünü bilirəm.Sxadadze Avropa Liqasına vəsiqə qazanmağa və çempionluğa oynayan bir komanda yaradıb. Azərbaycan futbolunu Kaxaberə görə izləyirəm. "İnter"də hər il gənc oyunçular görmək olur".

Təcrübəli mütəxəssis Gürcüstan Futbol Federasiyasından ona da təklif göndərildiyini deyib:

"Ancaq "Kasımpaşa" ilə üç illik müqaviləm olduğu üçün bu təklifi qəbul etmədim. Sxadadzenin "İnter"lə müqaviləsi bu mövsümün sonu başa çatdığına görə o, millidə işləməyi müsbət cavablandırdı".

Ş. Arveladze millimizin yeni baş məşqçisi Robert Prosineçki haqda danışıb:

"Prosineçkini yaxından tanıyıram. Onun Azərbaycanda uğur qazanacağına inanıram. Çünki maddi durumu yaxşı olan bir ölkədə çalışır. Onun millini "Avro-2016"nın qrupundan çıxaracağını deyə bilmərəm, ancaq Prosineçkinin Azərbaycanda yaxşı işlər görəcəyini düşünürəm".

 

Mənbə:qol.az

Xəbər xətti